Telman İsmayılov Fransadan sığınacaq istədi

Telman İsmayılov Fransadan sığınacaq istədi
İki nəfərin qətlində şübhəli bilinən və haqqında qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılovun Fransaya sığındığı bildirilir. 

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Rosbalt"  hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Telman və qardaşı Vaqif İsmayılov Türkiyəni tərk edərək bu ölkəyə köçüb. Onlar qonşu ölkəni tərk edənə qədər Mardan Palace yaxınlığındakı iqamətgahlarında yaşayıblar.

Mənbənin sözlərinə görə, İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya təhvil verəcəyindən ehtiyat ediblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az