Təmas xəttindəki düşmən bölmələrində şübhəli tibb maşınları- Virus
Dünən ermənilərə məxsus müxalif yönümlü "Facebook" sosial şəbəkə səhfələrinin birində qısa müddət ərzində paylaşılıb silinən informasiya diqqətimi çəkdi. Günün birinci yarısını araşdırmaya sərf etdim və əldə etdiyim nəticəni sizə təqdim edirəm.
Deməli, son iki gün ərzində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən bölmələrdə tibb xidməti maşınları daha çox görünüb. Beləki cəbhənin Ağdam rayonu istiqamətində 14 dəfə (iki maşın ) Tərtər rayonu istiqamətində yerləşən üzbəüz bölmələrdə isə 9 dəfə (üç maşın) əsgər daşıyıb.
Bu nə ola bilər?
Ağdərə və Xankəndində yerləşən hərbi hospitaldan xüsusi kəşfiyyat cihazları (dinləmə aparatı) vasitəsi ilə əldə olunan məlumatda hərbi hospitala kütləvi şəkildə gətirilən erməni əsgərlərinin halsızlıq və hərarətdən əziyyət çəkdikləri deyilir. Bu isə Ermənistanda "Koronavirusu" olmasa da hər hansısa bir virusun kəskin yaylıldığından xəbər verir.
Elgün Gəncimsoy