Ötən ay aşkarlanan minaların sayı açıqlandı

Ötən ay aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Miq.Az-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az