"Ötən il Suriyaya mindən çox Rusiya vətəndaşı döyüşməyə gedib"

Rusiyanın 1000-dən çox vətəndaşı ötən il Suriyada döyüşməyə gedib.

Miq.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib. O bildirib ki, həmin şəxslər əsasən Türkiyə və Misir üzərindən keçərək terror təşkilatlarına qoşulurlar. Bu cür səfərlərdə isə məqsədin adətən ya istirahət, ya təhsil, ya da kommersiya xarakterli olduğu deyilr.
 
A.Bastrıkin qeyd edib ki, Rusiyanı tərk edən şəxslərə qarşı 469 cinayət işi açılıb. Gedənlərdən 135 nəfəri Suriya ordusu ilə toqquşmalarda ölüb. O, ekstremist fəaliyyətlə məşğul olmaq ehtimalı olan bütün təşkilatların kütləvi yoxlanmasının keçirilməsinə çağırıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az