Dünən Türkiyə Superliqasında 34-cü turun sonuncu qarşılaşmaları keçirilib. Cümə günü keçirilən qarşılaşmada "Beşiktaş" səfərdə "Karabükspor"un müqavimətini qıra bilməyib və tərəflər meydandan 1:1 hesablı nəticə ilə ayrılıblar. "Trabzonspor", səfərdə "Orduspor"un müqavimətini qıra bilməyib və tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıblar. "Kayserispor" isə artıq superliqa ilə vidalaşan "Ankaragücü"nü 5:0 hesabı ilə darmadağın edib. "Fənərəbaxça" isə "Antalyaspor"u 2 cavabsız qolla keçib. Superliqanın hazırkı lideri olan "Qalatasaray" isə birinci dəstəyə yuvarlanan "Manisaspor"u 4:0 hesabı ilə darmadağın edib. Qarşılaşmada ciddi rezonansa səbəb olan hadisə, baş məşqçi Fatih Terimin göstərişi ilə qapıçı Fernando Musleranın təyin olunan penaltini yerinə yetirməsi olub. Meydan sahibi komandanın futbolçularının və azarkeşlərinin ciddi etirazına baxmayaraq topa yaxınlaşan F.Muslera rəqib komandadakı həmkarını məyus edib. Amma Türkiyə mətbuatı, bu hadisə ilə bağlı "imperator"u ciddi tənqid atəşinə tutub.
Əli
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...