Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu "İİV-ə testləşmə Avropa həftəsi”nin müsbət təcrübə və nəticələrinə əsaslanaraq 3-10 avqust tarixlərini "İİV-ə testləşmə milli həftəsi” elan edib.
"Testdən keç-təhlükəsiz yaşa” şuarı altında keçiriləcək bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədini daşıyır.
Kampaniya tədbirlərinə əhalinin əlçatanlığının təmin olunması üçün ölkənin ayrı-ayrı bölgələrində səyyar İİV-ə müayinə məntəqələri təşkil olunacaq.
"İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi "Sıfır – İİV-ə yeni yoluxmalar, Sıfır – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölüm halları” strategiyası əsasında keçirilir.
Azərbaycanda ənənəvi olaraq, Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tədbirlərin səmərəliyi, 20-dən çox beynəlxalq təşkilatı özündə birləşdirən "HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.
Kampaniya çərçivəsində İİV-ə müayinələrin əsasən müəssisələrdə və iş yerlərində aparılması nəzərdə tutulub.
Virtualaz.org
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto