Boks yarışlarının dördüncü günündə “Baku Cristal Hall”da “Bakı-2015” ilk Avropa Oyunlarında qadın idmançıların mübarizəsinə start verilib.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, boks yarışlarının beşinci günündə Azərbaycanın daha iki boksçu rinqə çıxacaq.
Bu dəfə 81 kiloqram çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə səkkizdəbir mərhələdə Polşa idmançısı Jordan Kulinski ilə 21:15-də başlayan görüşdə 3:0 qalib gələrək növbəti mərhələyə keçib. T.Məmmədov birinci Avropa Oyunlarında çıxışına onaltıdabir final mərhələsindən başlayıb.
Daha bir xanım təmsilçimiz Leyla Cavadova mübarizəyə saat 19.00-da qoşulub. O, 75 kiloqram çəki dərəcəsində rusiyalı boksçu Yaroslava Yakuşina ilə qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.
_______________________
İlk olaraq “Baku Cristall Hall”da rinqə Azərbaycan boksçularından 51 kiloqram çəki dərəcəsində Anaxanım Ağayeva çıxıb. Lakin o, birinci Avropa Oyunlarında ilk görüşündə Avropa çempionatının gümüş mükafatçısı polşalı Sandra Drabikə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Digər boksçumuz Tayfur Əliyev də (56 kq) yarışa səkkizdəbir final mərhələsindən qoşulacaq. Gənc boksçumuz ispaniyalı Dieqo Ferrer Pereyranı məğlub edən Nikolae Andreiana (Rumıniya) ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb.
Əsas medal ümidlərimizdən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da səkkizdəbir finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı ukraynalı Vladislav Sirenkonu məğlub edən gürcüstanlı Mixail Baxtidze ilə saat 21.45-də qarşılaşacaq.
____________
“Bakı-2015” ilk Avropa Oyunlarında çıxış edən boksçularımızdan daha birinin rəqibi məlum olub.
Yarışda 46-49 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Salman Əlizadənin rəqibi səkkizdəbir finalda bolqarıstanlı Tinko Banakanovu məğlubiyyətə uğradan İrlandiya boksçusu Brendan İrvin olacaq.
Görüş iyunun 22-də baş tutacaq.
Salman Əlizadə yarışa birbaşa olaraq dörddəbir finaldan qoşulacaq.