Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarənin sınaq uçuşu zamanı 3 nömrəli mühərrikində pompaj hadisəsinin baş verməsi 3 nömrəli mühərriyin yararsız olması ilə bağlıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Trend-ə Silk Way aviaşirkətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə HAECO şirkətində D Check’tən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb.
Bildirilir ki, iyulun 14-də yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün uçuş hazırlığı verilib və təyyarə havaya qalxıb: "Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet (170 metr) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub".
Məlumatda sonra qeyd olunur ki, Silk Way aviaşirkəti, dərhal ehtiyat mühərriyini HAECO şirkətinə göndərib: "Təyyarədən sökülən mühərrik, Silk Way aviaşirkətinin mühərrikin istehsalçısı olan Rolls Royce şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olarak Roll Royce şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq və havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq".
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ