Futbol üzrə Azərbaycan I Divizionunda 2014/2015 mövsümünə yekun vurulub. Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir ki, turnirin qalibi adını cari mövsümdə cəmi 2 dəfə məğlub olan “Neftçala” qazanıb. Ümumilikdə 78 xal toplayan “Neftçala” bütün rəqiblərini qabaqlayıb.
Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. “Ağsu” və “Rəvan”ın xalları eyni olduğu üçün komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb və ağsulular gümüş medala sahib çıxıblar. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.
Matçlar başa çatdıqdan sonra “Neftçala”ya çempionluq kuboku və qızıl medallar təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu Sabir Allahquliyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.
Qeyd edək ki, yeni mövsümdən “Kəpəz” və “Zirə” Topaz Premyer Liqasında oynayacaq.
“Göyəzən” - “Kəpəz” – 0:3
Arzuman Nəsibov, 63; Ziyabil Məmmədov, 76, 80
“Rəvan” - “Şahdağ” – 1:0
Əli Bağırov, 3
“Neftçala” - “Qaradağ Lökbatan” - 4:5
Aqşin Həşimov, 6, 10; Vurğun Həsənzadə, 53; Vaqif Güləliyev, 56 - Rüfət Məmmədov, 26; Sabir Allahquliyev, 51, 74, 85; Məlikməmməd Abbasov, 78
MOİK - “Şəmkir” – 1:2
Röyal Nəcəfov, 27 - Azər Məmmədov, 50; Anar Rzayev, 67
“Turan Tovuz” - “Energetik” - 5:0
Tuqay Alhüseynli, 5, 8, 10, 57, 79
“Şuşa Qarabağ” - “Ağsu” - 1:2
Elvin İsmayılov, 5 - Qalib Əmrahov, 53, 61
“Zirə” - “Mil Muğan” – 5:1
Besik Çimakadze, 9; Asif Mirili, 16; Elnur Abdulov, 24; Tural Adıgözəlov, 37; Toğrul Bilallı, 88 - Ruhid Usubov, 14
N
Klublar
O
Q
H
M
T-F
X
1
Neftçala
30
25
3
2
83-19
78
2
Ağsu
30
21
4
5
70-22
67
3
Rəvan
30
21
4
5
70-22
67
4
Qaradağ Lökbatan
30
20
5
5
57-25
65
5
Zirə
30
19
6
5
61-19
63
6
Turan Tovuz
30
15
5
10
75-37
50
7
Şahdağ
30
13
8
9
40-29
47
8
Şuşa Qarabağ
30
14
4
12
49-31
46
9
Kəpəz
30
10
8
12
37-37
38
10
Bakılı
30
10
4
16
46-61
34
11
Şəmkir
30
8
8
14
25-46
32
12
MOİK
30
8
5
17
26-60
29
13
Mil-Muğan
30
7
5
18
30-65
26
14
Energetik
30
5
3
22
24-82
18
15
Göyəzən
30
3
3
24
15-91
12
16
Lokomotiv
30
3
1
26
10-72
10