Tovuz döyüşü İrəvanı silkələdi: Tonoyana ağır sözlər...

Tovuz döyüşü İrəvanı silkələdi: Tonoyana ağır sözlər...

Sosial şəbəkələrin erməni seqmentində Ermənistanın Müdafiə naziri David Tonoyan və onun mətbuat katibi Şuşan Stepanyan ağır tənqid, hətta təhqir olunur.

Miq.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə qeyd edib.

O bildirib ki, Azərbaycan Ordusunun Tovuz istiqamətində ermənilərin hücumunun qarşısını alması və düşmənin ağır itkilərə məruz qoyması Ermənistanda şok effekti yaradıb.

"Tonoyan və digər erməni rəsmilərinin tənqid və təhqir olunmasına səbəb isə Tovuzdakı insident zamanı ölən erməni hərbçilərin sayının gizlədilməsi və ümumiyyətlə, tələfatla bağlı məlumat verilməməsidir”, - E.Alıoğlu bildirib.

Jurnalistin sözlərinə görə, erməni hərbi ekspertlər insidentdə Ermənistanın 19 hərbçisinin öldüyünü, 28-nin yaralandığını deyiblər.

Bununla belə, Ermənistan tərəfi itkiləri ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Ermənilər isə sosial şəbəkələrdə etibarlı mənbələrə istinad edərək, 30-a qədər erməni əsgərin öldüyü, onlarla yaralının olduğunu yazıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az