Tovuzda 7 yaşlı oğlanı maşın vurub

Tovuzda 7 yaşlı oğlanı maşın vurub
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məluma görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Qaraxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 2008-ci il təvəllüdlü Elcan Qasımov yolu keçmək istəyərkən Ramın adlı sürücünün idarə etdiyi "VAZ 2107” markalı avtomobillə vurulub. Qəza nəticəsində 7 yaşlı oğlan ağır bədən xəsarətləri alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına oradan isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

 Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az