Tovuzda yenidən ağır silahlar işə düşdü- Ordumuz DÜŞMƏNƏ cəhənnəm yaşadır
Ermənistan Tovuzun Ağdam kəndini artilleriyadan atəşə tutdu
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini D-30 topundan atəşə tutub.
Bu barədə Miq.Az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mülki şəxslər arasında itkilər yoxdur. Azərbaycan Müdafiə Nazirliyi düşmənin bütün hücumlarına asimmetrik cavab veriləcəyini xəbərdar edir!
Tovuz rayonunun Ağdam kəndi
Miq.Az-ın yerli sakinlərdən əldə etdiyi digər məlumata görə bu gün hələ günorta saatlarında Ağdam kəndində şəhidimiz Məmmədov Elşad Dönməz oğlunun dəfnində qəbristanlığın 600 metrliyində düşmən tərəfindən atılan top mərmisi partlayıb. Bu da düşmənin mülki insanları hədəf alaraq qorxu yaratmaq niyyətində olduğundan irəli gəlib.
İndicə aldığımız digər məlumata görə, Azərbaycan Ordusu düşmənin hücümuna qarşılıq olaraq onlara cəhənnəm yaşadır. Ordumuz yüksək döyüş nümunəsi göstərərək, düşmən ordusunu xeyli itkiyə məruz qoyaraq, həm də psixoloji məğlubiyyətə uğradıb.
Əlavə məlumatlar veriləcək.
Miq.Az