Tovuzdan Bakıya qaçan iki uşaq anası ilə bağlı - Açıqlama

Tovuzdan Bakıya qaçan iki uşaq anası ilə bağlı - Açıqlama
İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən və 25 gündən sonra tapılan 27 yaşlı Aytəkin Quliyevanın evdən qaçmasının səbəbləri məlum olub.

Tovuz rayon Prokurorluğunun müstəntiqi Namiq Ələkbərov bildirib ki, iki uşaq anası ailədə yaranmış münaqişəyə görə evdən qaçıb: " Aytəkin Quliyevanın dediyinə görə qayınatası ilə aralarında dəfələrlə münaqişə olurmuş. İyunun 14-də tərəflər arasında yenidən münaqişə yaranıb və Aytəkin evdən çıxıb Bakıya gəlib. Dediyinə görə, o 20 gün Bakının Binəqədi rayonu ərazisindəki parkda gecələyib. 20 gündən sonra Binəqədidə mağazalardan birində satıcı kimi işə düzəlib. İyulun 8-də isə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aytəkin Quliyeva tapılaraq ailəsinə deyil, valideynlərinə təhvil verilib".

Xatırladaq ki, iyunun 14-də evdən çıxmış Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva geri qayıtmamışdı. /Trend.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az