Toy günü başqasıyla qaçan 19 yaşlı gəlindən YENİ XƏBƏR

Toy günü başqasıyla qaçan 19 yaşlı gəlindən YENİ XƏBƏR

Toy günü 19 yaşlı gəlini qaçıran şəxsin ailəsi polisə çağırılıb.

Bu barədə ölkə.az-ın əməkdaşıyla söhbətində qaçan gəlinin əmisi Gülağa Məmmədov (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 20-dən sonra qardaşı qızından xəbər yoxdur:

"Neçə gündür, nə qızdan, nə oğlandan xəbər var. Hazırda oğlanın ailəsi də polisə çağırılıb. Onlar da deyirlər ki, bizimlə əlaqə saxlamayıblar. Biz də gözləyirik, görək nə olur".

Xatırladaq ki, Ağsunun Göydəlləkli kəndindən olan 19 yaşlı qız toyu günü həmkəndlisinə qoşulub qaçıb. O, İsmayıllının Topçu kəndindən olan qohumuna nişanlı olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az