Toy və ad günü məclislərinin keçirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Toy və ad günü məclislərinin keçirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır”.

Miq.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz:

"Hazırda ad günü, toy keçirmək qadağandır. Əgər kimsə bunu edirsə, o deməkdir ki, qaydaları pozur”.

Jurnalistlərin avtobusda yaşanan sıxlıqlaala bağlı sualına isə Ş.Mövsümov belə cavab verib:

"Əgər hansısa polis əməkdaşı deyirsə, "sıxlaşın, iki nəfər də minsin”, əlbəttə, o düz etmir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az