Toyda kütləvi dava: Xəsarət alanlar var

Toyda kütləvi dava: Xəsarət alanlar var

Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib.
 
"Report"un Qərb bürosu xəbər verir ki, dava zamanı bir nəfər xəsarət alıb.
Belə ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında xəstəxanaya Samux rayon sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.
Məlumata görə o, Samux rayonunun Seyidlər kəndində keçirilən toy mərasimində düşən kütləvi dava zamanı döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az