Traktor məktəbdən çıxan şagirdi vurub öldürdü

Traktor məktəbdən çıxan şagirdi vurub öldürdü
Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  
Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az