Tramp Tehrana ATOM BOMBASI atsa-Bunu arzu edənlər...
"Bəzi xəstə təxəyyüllü insanlar sevinir ki, ABŞ İranı vuracaq və azərbaycanlılar da xoşbəxt olacaq"
Tanınmış jurnalist Nazir Əhmədli feysbuk statusunda son vaxtlar gərginləşən Amerika -İran münasibətlərindən yazıb. Status maraqlı olduğundan oxuculara təqdim edirik:
Əvvəla, ABŞ İranda rejimi dəyişmək istəyir, azərbaycanlılar onun vecinə deyil və İranın bölünməsinə imkan verməyəcək, necə ki, 1945-ci ildə buna imkan vermədi, Sovet qoşunlarını ultimatumla İrandan çıxartdı.
İkincisi, 15 milyonluq Tehranın yarıdan çoxu türkdür. Tutaq ki, Tramp oraya 1 atom bombası atdı, 1 milyon (bəlkə də çox) adam öldü. Ehtimalla onun 500 mindən çoxu azərbaycanlı olacaq. İndi mən soruşuram: Ey ABŞ-ın İranı vurmasını arzu edən "Strateqlər", atanız, ananız, qardaş-bacınız, uşaqlarınız o ölənlərin arasında olsaydı, buna razı olardınız? Söhbət təkcə azərbaycanlıda, farsda da deyil, milliyəti nə olur-olsun, insan faciəsinə necə razı olursunuz? Hətta Amerika İrana atom bombası atmasa belə, adi silahlarla insanları öldürsə də, məsələnin mahiyyəti dəyişmir...
Bir vaxt ABŞ-ın İraqı vurmasından vəcdə gələnlərə, bir sıra dırnaqarası politoloqlara da bunu deyirdim. Çox sonralar qandılar ki, səhv edirmişlər. ABŞ İraqda 1 milyon adam öldürüb, kimə xoşbəxtlik gətirib ki, hələ də su yerinə qan axır. Mən sözsüz ki, Səddam Hüseyn rejimi qalsın demirdim, amma faciələri görürdüm.
İndi də bir sıra başıboşlar ələkçinin qılverəni rolunda çıxış edir, vəcdə gəlirlər. Guya ABŞ bunların sözü ilə oturub durur. ABŞ İranı ona görə vurmaq istəyir ki, bölgədə İsrailin düşmənı qalmasın. Bu sadə şey sizə aydın deyil?
Miq.Az