Trampdan “öldür” əmri - Bin Ladenin yoxa çıxan oğlundan şok faktlar

Trampdan “öldür” əmri - Bin Ladenin yoxa çıxan oğlundan şok faktlar
Əl-Qaidə terror təşkilatının mərhum lideri Üsamə bin Ladenin öldürülən oğlu Həmzə bin Ladenlə bağlı ilginc məqamlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan "Nyu-York Tayms” qəzeti Həmzənin iki il əvvəl öldürüldüyünü iddia edib.
Nəşrin iddiasına görə, o, ABŞ kəşfiyyatının iştirakı ilə keçirilən bir əməliyyatda həlak olub. Əməliyyatın ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə həyata keçirildiyi vurğulanıb.
Həmzə bin Laden bundan əvvəl Əl-Qaidənin yaydığı bir təbliğat videosu ilə üzə çıxmışdı. ABŞ hökuməti onun terror təşkilatının liderliyinə hazırlaşdırıldığına inanır.
Qeyd edək ki, bundan əvvəl Amerika KİV-də Üsamə bin Ladenin oğlu Həmzənin öldürülməsi barədə məlumat yayılıb. Bu barədə ABŞ hökumətinə istinad etdiyini bildirən NBC telekanalı məlumat verib.
Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat yayılmamışdı.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az