Trampın arvadının ona göstərdiyi "sifət" interneti "parlatdı" - VİDEO

Trampın arvadının ona göstərdiyi

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən bir neçə gün keçməsinə baxmayaraq tədbirlə bağlı qalmaqallı faktlar ortaya çıxmaqdadır.

Hazırda sosial şəbəkələrdə əsas müzakirə mövzusu Trampın həyat yoldaşı Melania Trampın andiçmə mərasimindəki üz ifadəsidir.

İstifadəçilər Trampın həyat yoldaşına tərəf çevrilib döndükdən sonra Milanianın üz ifadəsinə diqqət çəkiblər. Videokadrlardan da görüldüyü kimi Tramp çevrildikdən sonra Milanianın üzü qəmgin forma alır və süni gülümsəyir.

Bu fakt 12 illik evli cütlüyün aralarında soyuq münasibətin olduğunu deməyə əsas verir. Sosial şəbəkələrdə Melanianın üz ifadəsi ilə bağlı çoxlu rəy yazılıb. İzləyicilər Melanianın xoşbəxt olmadığını və Donaldla münasibətlərinin getdikcə kəskinləşdiyini iddia ediblər. 



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az