"Tünzaləni mən məşhur etmişəm" deyən iş adamına - CAVAB

Əməkdar artist Tünzalə Ağayevanın meneceri ifaçının iş adamı ilə barəsində yayılan xəbərə münasibət bildirib.

A24.az-a açıqlamasında müğənninin meneceri bu haqda məlumatı olmadığını deyib:

"Yazılanlar əsassızdır. Necə olur ki, bu barədə özümüzün belə xəbəri yoxdur. Belə məlumatlara inanmayın. Hər yazılana münasibət bildirmək məcburiyyətində deyilik.”

Qeyd edək ki,  Əməkdar artistin iş adamı  Musa Süleymanovla bağlı xəbər yayılıb. Onun bildirdiyinə görə, Tünzalə Tovuzda adi pianino müəllimi olub. "Etiraf edək ki, çox istedadlı idi. Amma onu mən Bakıya gətirib tanıtmışam. Onun "Sevdi can səni” albomundan tutmuş digərlərinədək . "Sevdi can səni” neçə ay Azərbaycanın hit mahnısı oldu. Demək istədiyim odur ki, bir qədər insaflı olmaq lazımdır, haqqı itirmək olmaz”, deyə iş adamı bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az