Turistin itirdiyi pul kisəsi tapılaraq sahibinə verildi - Bakıda

 Turistin itirdiyi pul kisəsi tapılaraq sahibinə verildi - Bakıda
Bakı şəhərinin mərkəzində yerləşən Filarmoniya bağında polis əməkdaşları pul kisəsi aşkarlayıblar.

Ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşları Filarmoniya bağında içərisində sənədlər və 1700 ABŞ dolları olan pul kisəsi tapıblar.

Polislər həmin ərazidən bir az kənarda "Formula 1” yarışması ilə bağlı Azərbaycana gələn turistlərdən birinin nə isə axtardığını görüblər. Məlum olub ki, tapılan pul kisəsi həmin turistə məxsusdur. Dəqiqləşdirmə aparıldıqdan sonra pul kisəsinin qonağa məxsus olduğu müəyyən edilib və sahibinə təhvil verilib. /APA.az/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az