“Türkiyə ABŞ ilə razılığa gələ bilmədi” – Ərdoğan

“Türkiyə ABŞ ilə razılığa gələ bilmədi” – Ərdoğan

Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.
Dövlət başçısı ABD ilə YPG terror qruplaşmasına silah-sursat tədarükü ilə bağlı razılıq əldə olunmamasına toxunub:
"İŞİD ilə savaşdığı üçün digər terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında "yaxşı-pis” deyə fərq qoymaq olmaz. Lakin biz bu məsələdə ABŞ ilə anlaşa bilmədik”.
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyasına da münasibət bildirən R.T.Ərdoğan qeyd edib: "Bundan əvvəl Türkiyə günahkarları ABŞ-a ekstradisiya etmişdi və eyni hərəkəti Birləşmiş Ştatlardan gözləyirdik”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az