Türkiyə Azərbaycana 232 min dollarlıq odekolon ixrac edib

Türkiyə Azərbaycana 232 min dollarlıq odekolon ixrac edib
Türkiyə ötən il 6 milyon 705 min dollar dəyərində odekolon ixrac edib. Bu barədə Trend Türkiyə Statistika Komitəsinə istinadən məlumat verir.

Bu dövrdə 1 milyon 664 min dollar dəyərində odekolon isə idxal edilib. Ümumilikdə türk odekolonu 97 ölkəyə ixrac edilib. Ən çox ixracat həcmi Almaniya (1 milyon 28 min dollar), İraq - 832 min, ABŞ - 361 min, İran - 348 min, Liviya - 254 min və Azərbaycanın payına (232 min dollar) düşür.

Ümumiyyətlə, son 5 ildə Türkiyədən 30 milyon 411 min dollar dəyərində odekolon ixrac olunub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az