Türkiyə Krımda keçirilən seçkilərin nəticələrini tanımadı

Türkiyə  Krımda keçirilən seçkilərin nəticələrini tanımadı

Türkiyə XİN Krımda keçirilən seçkilərin nəticələrini tanımadığını bildirdi

"Rusiya Dövlət Dumasına Krımda keçirilən seçkilərin nəticələri hüquqi reallığı əks etdirmir".

"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

O bildirib ki, ölkəsi Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Ötən həftə Rusiya Federasiyasında keçirilən seçki də bu baxımdan dəyərləndirilməlidir. Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil".

Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini tanımadığı haqda qərar qəbul edib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az