Türkiyə Ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə Ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından təmizləyib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, Afrinin Cinderes kəndində gedən şiddətli döyüşlərdə 7 əsgər yaralanıb: "Bu kəndin alınması istiqamətində əməliyyat davam edir. Gedən döyüşlərdə 7 əsgərimiz yaralanıb. Onlara Allahdan şəfa diləyirik".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az