Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı var

Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı var

Türkiyə ordusu şəhid verib.

 Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi ünsürlərinin top atəşləri nəticəsində 4 türk əsgəri şəhid olub, 1-i ağır olmaqla, 9-u yaralanıb.

Məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın İdlib Memorandumunu pozan bu hücuma dərhal cavab verildiyini açıqlayıb.

Qeyd edək ki, ötən gün İdlibdə strateji önəmə sahib Marred Numan rayonunu əldən verən müxalif qüvvələr ərazini geri qaytarmaq üçün irimiqyaslı hücuma hazırlaşdığı bildirilmişdi.

İdlibdə Türkiyə ordusunun 10-a qədər hərbi müşahidə məntəqəsi var. Döyüşlər intensivləşəndən sonra Türkiyə bölgəyə çox sayda zirehli texnika göndərib./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az