Türkiyə prezidenti Moskvaya gedəcək

Türkiyə prezidenti Moskvaya gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvaya səfər edəcək.
Vətəninfo.az "Report"-a istinadla xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, hazırda səfərə hazırlıq işləri görülür. Məlumata görə, R.T.Ərdoğanın səfərlə bağlı planı son anda dəyişə də bilər.
Qeyd edək ki, sentyabrın 23-də - Qurban bayramı ərəfəsində onillik bərpa-təmir və yenidənqurma işlərindən sonra Moskva Cümə Məscidinin açılışı olacaq. Türkiyə prezidentinin həmin mərasimdə iştirak edəcəyi gözlənilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az