Türkiyə və İsrail arasında şok gəlişmə - Ərdoğanın dəvəti qəbul olundu

Türkiyə və İsrail arasında şok gəlişmə - Ərdoğanın dəvəti qəbul olundu

İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə mümkün səfərinin müzakirə edildiyi bu günlərdə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə israilli həmkarı Yair Lapid arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İshaq Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər təklifini qəbul edib. İsrail prezidenti Ərdoğanın "Sizi Türkiyədə gözləyirik” dəvətinə telefon zəngində "Mən də gəlmək istəyirəm” cavabını verdiyi bildirilib.

Hələlik səfərin qrafiki açıqlanmasa da, Türkiyə və İsrail arasında müxtəlif səviyyələrdə danışıqlar davam edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az