Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi həbs edilib

Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi həbs edilib
Türkiyə Xarici İşlər Nazirliyinin 7 işçisi FETÖ işi ilə əlaqədar həbs edilib. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, onlar iyulun 15-də dövlət çevrilişinə cəhd göstərməkdə ittiham edilirlər. Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəyinin xəbərində bildirilir ki, həbs edilənlər arasında nazirliyin keçmiş idarə rəisi Seyfullah Şahin və sabiq səfir Aydın Sefa Akay da var.

Onların telefonlarında Fətullah Gülənin tərəfdarlarının istifadə etdiyi "Bylock" proqramı aşkarlanıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az