Türkiyədə gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb

Türkiyədə gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb
Türkiyə ərazisində PKK terrorçularının polislərə hücumları davam edir.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, İğdır və Tuncelidən sonra daha bir terror Şırnak vilayətində törədilib.

 Şırnakın Cizrə rayonu ərazisində xüsusi təyinatlı polisləri daşıyan avtomobilin hərəkət etdiyi yolda partlayış törədilməsi nəticəsində 3 polis şəhid olub.

 Xatırladaq ki, İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 1 polis həlak olub. Beləliklə, gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az