Ötən gecə Türkiyənin Uşak vilayətində 3 azərbaycanlı tələbənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra mərhumların cənazəsi Azərbaycana yola salınıb.
Bu barədə AZXEBER.COM-a mərhumunların tələbə yoldaşları məlumat verib.
Vəfat edən 3 gəncin ailələri bu gün Türkiyəyə gələrək onların cənazələrini Bakıya aparıblar. Buna qədər isə, Uşaq Dövlət Universitetində vida mərasimi keçirilib. Mərhumların tabutları Azərbaycan bayrağına sarılaraq universitetin həyətinə gətirilib. Vida mərasimində universitetin rektoru Sait Çelik, Azərbaycanın Ankaradakı Baş Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Uşaq Polis Şöbəsinin rəisi Ogün Toprak, universitet müəllimləri və tələbələr iştirak ediblər.
Vida mərasimində dualar oxunduqdan sonra cənazələr ailələrə təhvil verilib.
Xatırladaq ki, ötən gecə saat 22.20-də Əli Kərimli adlı azərbaycanlının idarə etdiyi 64 LV 846 nömrə nişanlı avtomobil yüksək sürət səbəbindən idarəetmədən çıxıb və əvvəlcə elektrik dirəyini aşırıb, daha sonra qarşı tərəfdən gələn avtomobilə çırpılıb.
Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb. Avtomobildə olan üç tələbədən ikisi — Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində ölüb. Digər tələbə Anar Musayev isə xəstəxanada keçinib. Sürücü Əli Kərimli, sərnişin Mayis Həsənov və digər avtomobilin sürücüsü Adnan Kan, onun həyat yoldaşı və 3 uşağı ağır yaralanıb. Yaralılar dərhal Uşak Dövlət Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər