Türkiyəli general koronavirusdan öldü

Türkiyəli general koronavirusdan öldü
Türkiyə Quru Qoşunlarının keçmiş rəhbəri Aytaç Yalman koronavirusdan ölüb.

Miq.Az "CNN Türk”ə istinadən xəbər verir ki, onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır.

General 80 yaşında İstanbulda ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az