Türkiyənin heç bir lideri Ərdoğan qədər... - Millət vəkili

Türkiyənin heç bir lideri Ərdoğan qədər... - Millət vəkili
Türkiyədə baş verənlərdən çox üzgünük, çünki eyni millətik, qardaşıq. Azərbaycana işğala son qoymaq üçün Türkiyənin heç bir liderinin göstərmədiyi dəstəyi Rəcəb Tayyib Ərdoğan verib.

Axar.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, türk dövlətlərinin yaxınlaşması və Türkiyənin güclənməsində Ərdoğanın böyük xidmətləri var:

"Türkiyənin daxili işlərinə müdaxiləni düzgün saymasaq da, biz belə bir çətin tarixi dönəmdə tərəfləri dialoqa çağırırıq. Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır. Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az