Türkiyənin Kilis şəhərinə dörd raket atıldı - 7 yaralı

Türkiyənin Kilis şəhərinə dörd raket atıldı - 7 yaralı

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb.

Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az