Türkiyəyə qarşı xain addım - Əlaqələrin normallaşdığı bir vaxtda...
ABŞ Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyə ilə yaxın əlaqələr qurmaq niyyətində olduğu görünsə də, Suriyada PKK/YPG terror təşkilatından da əl çəkmir.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 813 milyard dollarlıq müdafiə büdcəsinin əsaslandırılması ilə bağlı sənədləri yayımlayıb.
Sənədlərdə "Suriya Demokratik Qüvvələri” adlandırılan YPG/PKK terror təşkilatı ilə əlaqədar təlim-təchizat proqramınna dair detallar da yer alıb.
SDQ adından istifadə edən PKK/YPG və "Müqavir ət-Təvra” adlı qruplaşmanın 2023-cü ildə sözügedən proqramdan yararlanacağı deyilib.
Sənədə əsasən, Pentaqon 2023-cü ildə ümumilikdə 3500 nəfəri YPG/PKK terror təşkilatına cəlb etməyi planlaşdırır. Beləliklə, Suriyada Pentaqonun büdcəsindən maaş alanların sayı 16 mindən 19 500-ə yüksələcək.
Sənəddə terror təşkilatına bağlı bütün birliklərin SDQ çətiri altında dəstəklənəcəyi deyilib.
Sənəddə PKK/YPG və "Müqavir ət-Təvra” terror təşkilatlarına 183 milyon dollarlıq dəstəyin veriləcəyinə diqqət çəkilib.
Terror təşkilatlarına 4 min "AK-47” ("Kalaşnikov”), 100 ədəd "Doçka” və 432 PKM tipli silahlara veriləcyi qeyd edilib. Sənəddə təşkilatlara 3 milyon 439 min dollar dəyərində müxtəlif sursatların, o cümlədən əl qumbaralarının veriləcəyi də bildirilib.
Türkiyə terror təşkilatına verilən dəstəyə görə dəfələrlə ABŞ hökumətinə etiraz edib.
Miq.Az