Ukrayna əsgərləri onlara ərzaq gətirən Eldarı güllələdi

Ukrayna əsgərləri onlara ərzaq gətirən Eldarı güllələdi

Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb.

Miq.Az Report-a istinadən xəbər verir ki, 35 yaşlı Mahmudov Eldar Ramzan oğlu şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub.

Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atəşə tutulub. Nəticədə E.Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət işi qaldırılıb.

E.Mahmudov Ukrayna vətəndaşı olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az