Ukrayna güclü əməliyyat keçirir, təəccüb edəcəksiniz

Ukrayna güclü əməliyyat keçirir, təəccüb edəcəksiniz

Ukrayna ordusu ölkənin cənubunda güclü əməliyyat keçirir, orada düşmənin anbarları və komanda məntəqələri dağıdılır.

Miq.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.

"İşğalçılar döyüşə getməkdən imtina edir, səngərlərdə qalır və ya qaçırlar”, - Qumenyuk bildirib.

O qeyd edib ki, regionda vəziyyət gərgindir, dinamika dəyişir, lakin hər şey Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır:

"Hələlik təfərrüatı açıqlamırıq, amma nəticənin nə olacağı ilə bağlı sizi mütləq təəccübləndirəcəyik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az