Ukrayna HHQ: “Rusiyanın üç təyyarəsi və iki helikopteri məhv edilib”

Ukrayna HHQ: “Rusiyanın üç təyyarəsi və iki helikopteri məhv edilib”

Çərşənbə günü, martın 2-də Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.

Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının "Facebook” hesabında məlumat verilib.

"Martın 2-də "Su-24m” və "Su-25” döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində Rusiya hərbi texnikasının kolonlarını və canlı qüvvəsini məhv ediblər”, – deyə məlumatda qeyd olunur.

O cümlədən, gün ərzində zenit-raket bölmələrinin Rusiyaya məxsus üç təyyarəni və iki helikopteri məhv etdiyi bildirilir.

Bir gün əvvəl Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın iki "SU-35S” qırıcısını, martın 1-də isə 1 təyyarəsini, 1 helikopterini və bir neçə hərbi texnika kolonunu məhv edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az