“Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb”

“Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb”

Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb. Eks-prezident Viktor Yanukoviçin dövründəki göstəricilərə qayıtmaq üçün Ukraynaya 15 il vaxt gərəkdir.

Vətəninfo.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib.

"Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”, deyə M.Saakaşvilli "Şuster-Live” proqramının efirində bildirib.

M.Saakaşvili həmçinin "kölgə iqtisadiyyatı”nın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: "Kölgə iqtisadiyyatı” son il yarım ərzində 32%-dən 47%-dək artıb. Bunu beynəlxalq təşkilatlar da artıq təsdiq edir. Bu kimi hallar biznesi məhv edir”.

Odessa vilayətinin qubernatorun həmçinin bildirib ki, ölkə 53 bankın bağlanmasından 18,5 milyard ABŞ dolları itirib: "Ukraynanın iqtisadi  göstəricilərinin ildə 2-3% artdığı təqdirdə, biz yalnız 15 ildən sonra 2013-cü ilin rəqəmlərinə çata biləcəyik. Bunun qarşısını almaq üçün ölkədə köklü iqtisadi islahatların aparılmasına ehtiyac duyulur”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az