Ukrayna ordusu Rusiya ərazisini vurdu – Durum dəyişir

Ukrayna ordusu Rusiya ərazisini vurdu – Durum dəyişir

Rusiya Ukraynanı Kursk vilayətini atəşə tutmaqda ittiham edib. İddiaya görə, Ukrayna ordusunun zərbəsi nəticəsində Rılsk rayonundakı Krupets keçid məntəqəsində yanğın baş verib.

Miq.Az-ın xəbərinə görə, bu barədə vilayətin qubernatoru Roman Starovoit məlumat verib.

Onun sözlərinə görə, olay bu gün səhər saatlarında baş verib.

"Bu gün saat 7:30-da Ukraynadan Rılsk rayonundakı Krupets keçid məntəqəsi atəşə tutulub. Tələfat və dağıntı yoxdur”, - Starovoit bildirib.

O, zərbə nəticəsində yanğın baş verdiyini və dərhal qarşısının alındığını söyləyib.

Rusiya bundan əvvəl də Ukraynanı federasiya ərazisini atəşə tutmaqda ittiham edib. Belə ki, aprelin 30-da Bryansk yaxınlığındakı Jeça kəndində neft bazasında baş verən partlayışı Ukraynanın məsuliyyətinə yazıb. İddiaya görə, Ukrayna bazanı helikopterlə vurub.

Aprelin 29-da Rusiyanın Sintez kurqanındakı əczaçılıq zavodunda baş verən partlayışa görə də Ukrayna ittiham olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az