Ukrayna ordusundan uğurlu əks-hücum əməliyyatı – Bu ərazilər azad edildi

Ukrayna ordusundan uğurlu əks-hücum əməliyyatı – Bu ərazilər azad edildi

Zaporojyedə əks-hücuma keçən Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində 5-10 km irəliləyərək bir sıra əraziləri azad edib.

Teleqraf.com xəbər verir ki, bunu Melitopol şəhərinin meri İvan Fyodorov deyib.

"Son iki həftədə biz, melitopollular üçün iki çox mühüm hadisə baş verib. İlk növbədə, bu, Silahlı Qüvvələrimizin bilavasitə Xerson vilayətində, Xerson istiqamətində əks-hücumu ilə bağlıdır. İkincisi Zaporojyedən Melitopol istiqamətində baş verənlərlə əlaqədardır. İki həftə ərzində qüvvələrimiz Melitopol şəhərinə doğru 5 km-dən 10 km-ə qədər irəliləyib”, - mer bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az