Ukraynada azərbaycanlı zabit ağır yaralandı

Ukraynada azərbaycanlı zabit ağır yaralandı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Əlixan Ruslan oğlu Ağayev ağır yaralanıb.

Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub böyüyüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az