"Uğurlu karyeran gələcəyinin təminatıdır" layihəsi yekunlaşır

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və "Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayından icrasına start verilmiş və 3 ay ərzində gerçəkləşəcək "Uğurlu karyeran gələcəyinin təminatıdır” mövzusunda təlimlərin təşkili, biznes planlarının hazırlanması adlı layihənin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq, biznesin inkişafı
və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir.
Qeyd edək ki, Bakı şəhəri ərazində həyata keçirilən fəaliyyətlərdə layihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoyub:
- Universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi (Təhsildən iş bazarına keçidin təmin edilməsi);  
- Layihə iştirakçılarının iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq;
- Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;
- Layihə iştirakçıları üçün işədüzəlmə prosesində "Uğurlu yol xəritəsi”nin hazırlanması.
Layihədən faydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyə hazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaq arzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclər olacaq.
İyul ayının əvvəlindən başlyaraq formalaşan kiçik (8-10 nəfərlik) qruplar üçün yerli qurumlara səfərlərin təşkili baş tutdu. Layihə çərçivəsində əvvəlki ay ərzində keçirilən təlimlərdə iştirak etmiş və fəal olanların bir neçə nəfərindən  ibarət qrup və eləcə də, sosial şəbəkələr və müvafiq saytlar vasitəsi ilə yayılan elanlara əsasən müraciət edənlərdən ibarət bir neçə qrup formalaşdı. Həmin qruplar daha sonra Bakıda yerləşən müxtəlif istiqamətdə fəaliyyət göstərən yerli təşkilatların ofislərinə tanışlıq xarakterli səfərlərə getdilər. Səfərlər zamanı həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edən gənclər, eyni zamanda iş axtarışında olan şəxslər ilə bu qurumların müvafiq əməkdaşları arasında işgüzar əlaqələrin yaradılmasına nail olunmasına da töfhə vermiş oldular. Belə görüşlər layihənin sonuna kimi davam edəcək və iyulun axırında başa çatacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az