Uğursuzluq ardınca uğursuzluq - Ermənistanda nə baş verir?
ABŞ-da erməni məmurun üzünə baxan olmadı
Uğursuzluq ardınca uğursuzluq - "Qraparaq” qəzeti Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərini belə qiymətləndirib. Qəzet yazır ki, okeanın o tayında olduğu müddətdə Qriqoryan nə Ağ ev, nə də Dövlət Departamentinin yüksək rütbəli məmurları ilə bircə görüş də olsa keçirə bilib.
Bu ölkədə bir müddət öncə Ermənistanda sevinərək qarşıladıqları ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Qriqoryanı qəbul edəcəyinə ümid edirdilər. Amma Trampın müşaviri də görüşdən imtina edib.
Başqa bir mətbu orqan isə yazır ki, Ermənistan hakimiyyəti KTMT-nin yeni baş katibi ilə razıları. Nikol Paşinyan bu vacib posta Belarus təmsilçisi Stanislav Zosun namizədliyini qəbul etməli olub. Əvəllər isə bunun heç zaman baş verməyəcəyini iddia edirdilər. Erməıni naziri Zosun Bakıda ali hərbi təhsil alması ən çox narahat edən məsələ idi.
Ermənistan mətbuatı XİN başçısı Zöhrab Mnatsakanyanın səhhətindəki problemlərdən də yazır. "168 Jam"ın öz mənbələrinə istinadla verdiyi məlumata görə, nazirin iş otağında qəfildən vəziyyəti pisləşib. Həkimlər ona ilkin tibbi yardımı elə öz otağındaca göstəriblər. Məlum olub ki, onun təzyiqi qalxıb.
Sən demə bu hadisədən öncə erməni nazirin öz təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub. Söhbət ağır keçib. Hələlik onu detalları bəlli deyil. Lakin qəzet onun erməni nazir üçün xoşagaəlməz şəkildə davam etdiyini yazır. Bunün üçün də onun təzyiqi yüksəlib.
Doğurdan da Ermənistanda uğursuzluqlar bir-birini izləyir... //İstipress