Vasif Talıbov hələ də Naxçıvan Ali Məclisinin sədridir? - FOTO

Vasif Talıbov hələ də Naxçıvan Ali Məclisinin sədridir? - FOTO

Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilsə də, Milli Məclisin sayında o, hələ də bu postu "tutur". 

Bakupost.az xəbər verir ki, parlamentin saytına https://meclis.gov.az/index.php?lang=az Talıbov Vasif Yusif oğlu haqqında məlumatlar yenilənməyib. Belə ki, saytda onun "1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri" olduğu bildirilir.

Bundan başqa, saytda V.Talıbovla bağlı digər məlumatlar da yenilənməyib. Məsələn, Naxçıvanın keçmiş rəhbəri YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədrliyindən uzaqlaşdırllsa da, nədənsə Milli Məclisin saytında bu məlumatı da yeniləmək yaddan çıxıb. 


 


 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az