Vərəm xəstələrindən kanalizasiya pulu tələb olunur-ŞOK

Vərəm xəstələrindən kanalizasiya pulu tələb olunur-ŞOK

Burda cərəyan edən neqativ işlərin əksəriyyətinə göz yumulur

Baş həkim Yavər Şıxəliyev mütləq layiq olduğu cəzanı almalıdır

Səhiyyə ilə bağlı artıq daxil olan şikayətlərin ardı-arası kəsilmir desək, yəqin ki, yanılmarıq. Çünki az qala hər gün redaksiyamıza müxtəlif səhiyyə ocaqları ilə bağlı şikayətlər daxil olur ki, bizlər də həmin şikayətlərə yer verməyə çalışırıq. Təkrar-təkrar qeyd etsək də, çox təəssüflər olsun ki, daxil olan şikayətlər sırasında dövlət xəstəxanaları daha çoxluq təşkil edir.

Bu isə, günü-gündən səhiyyəmizi daha da gözdən salmış olur. Son günlər mediada daha bir səhiyyə ocağı ilə bağlı söz-söhbətlər gəzir ki, elə həmin xəstəxanada baş verənlərlə bağlı redaksiyamıza şikayət daxil olub. Konkret olaraq qeyd edək ki, növbəti şikayət Yavər Şıxəliyevin baş həkimi olduğu 1 saylı Vərəm Dispanserindəndir. İlk olaraq qeyd olunur ki, sözügedən 1 saylı Vərəm Dispanserində vəziyyət olduqca bərbad durumdadır. Mediadakı məlumatlarda isə, qeyd olunur ki, dispanserdə müalicə alan xəstələrdən kanalizasiya pulu tələb olunur. Xəstələr buna etiraz etsələr də, tələblər dəyişməyib. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub. Bu əsnada xəstələr onu da bildiriblər ki, 1 saylı Vərəm Dispanserində müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub. Qeyd edək ki, redaksiyamıza daxil olan şikayətdə deyilənləri təsdiq etdilər. Belə ki, iddialara görə, dispanserində olduqca acınacaqlı vəziyyət yaşanır. Olduqca ağır xəstəlikdən əziyyət çəkmələrinə baxmaraq, səhiyyə ocağında çalışan həkim və tibb bacıları demək olar ki, xəstələri nəzarətsiz qoyurlar, onlara vurulacaq iynə və dərmanları xəstə yaxınlarına aldırırlar. Əgər xəstə yaxınlarının həmin dərmanları almağa maddi imkanları çatmırsa, o zaman həmin xəstələrə iynələr vurulmur və qeyd edilir ki, dispanserində hazırda dərman preparatları yoxdur. O zaman belə bir sual yaranır. Bəs görəsən, dövlət tərəfindən ayrılan vəsaitlər, dərman preparatları hara yox olur? Daxil olan məlumatlarda qeyd olunur ki, dövlət tərəfindən ayrılan vəsaitlər baş həkim tərəfindən "silinir", dərman preparatları isə, xəstəxana yaxınlığındakı aptekdə satılır. Beləliklə, burada qazanan yenə də baş həkim olur. Xəstələrdən müxtəlif ad altında pul istənməsi isə, səngimir. Xəstəxananın hazırkı durumu isə, kənardan bir xarabalığı xatırladır ki, bu durum da baş həkimi narahat etmir. Bundan başqa, xəstəxanaya qəbul etmək üçün də, xəstələrdən nələrinsə istəndiyi deyilir. Əgər deyilən şərtlə razılaşmasan, o zaman xəstəxanada boş palataların olmadığını qeyd edirlər. Ümumiyyətlə, son zamanlar sözügedən 1 saylı Vərəm Dispanserində əməlli-başlı özbaşınalıqların artdığını qeyd edirlər. Xəstə yaxınları baş həkimlə qarşı-qarşıya gəldikdə, "hara istəyirsiniz şikayət edin" deyir. Xəstələrə edilən haqsızlıqlar, düzgün müalicələrinin aparılmaması, şəraitsizlik, həmçinin nələrinsə güdülməsi, bir sözlə saysız-hesabsız qanunsuzluqlar.


 gundelik-baku.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az