"Vergi sahəsində ciddi islahatlar gedir"- Nazirin müşaviri


"Hazırda vergi sahəsində genişmiqyaslı islahatlar gedir”.

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.

Nazir müşaviri bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında nəzərdə tutulan tədbirlər gələn ilin əvvəlinədək icra olunacaq: 

"Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yüksək səviyyəyə qalxmasına gətirib çıxaracaq. Bu, sahibkarlığın inkişafına yönələn sərəncamdır"-deyə E.Məmmədov vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az