“Bulvarda yerləşən kafe-restoranlar, xüsusən də çayxanalar əhalinin bir cibindən girib, o biri cibindən çıxır”
“Vətəninfo.az”a daxil olan məlumata əsasən, istirahət üçün yolunu bulvarda yerləşən hər hansı bir kafedən salan Azərbaycanın adi vətəndaşı, udqunarkən belə çayın qiymətini fikirləşir. Belə ki, bir müddət susuzluğunu yatırıb, ayağının dincini almaq istəyirsənsə, aşağısı 15 AZN-dən keçməlisən.
Restoranlarda çalışan xidmətçilərin “adi çay yoxdur, ləbləbi ya da başqa bir şey...kəlməsi isə nəinki öz vətəndaşlarımızın, Eurovision mahnı müsabiqəsi ərəfəsində ölkəmizə səfər edən turistlərin də türklər demişkən sinirinə toxunub, ağzının dadına əlavə dad qatır.
Qeyd edək ki, bu hal İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 14- cü maddəsinə ziddir. Və nəzərdə tutulan bu qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələyə baxmır.
Həmçinin, belə görünür ki, Bulvar idarəsinin rəisi Əfqan Şahmarovun da bu məsələyə hər hansı bir münasibəti yoxdur. Heç bir xüsusi qrup, xüsusi nəzarət sistemi, qeydiyyat kitabçaları yaradılmayıb. Sanki Azərbaycan dövləti, bulvarı Əfqan Şahmarova peşkəş çəkib. Bunu həmçinin, rəisə məxsus olan obyektlərdəki soyğunçuluqdan da daha aydın sezmək olur. Təkcə bulvarda Əfqan müəllimin obyekti yoxdu ki, Bəylər Əyyubovdan tutmuş nazirlərə,millət vəkillərinə kimi hər biri bir yerin sahibidi.amma gözləri puldan vardan doymayan bu insanlar "ağam mənə kor deyib,gəl gedənə vur deyib"deyimindən yola çıxaraq xalqı soymaqla məşğuldurlar.Allah sizə insaf versin.
Mirvari Nəcəf