Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

Miq.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

Xatırldaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP  bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az